...

Masallıda 55 yaşlı kişi özünü həyətindəki ağacdan asdı

Hadisə Materials 8 İyun 2017 09:49 (UTC +04:00)
Masallı rayonunda intihar hadisəsi baş verib.
Masallıda 55 yaşlı kişi özünü həyətindəki ağacdan asdı

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda intihar hadisəsi baş verib. Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Axundov küçəsi, ev 13-də baş verib. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Ərəstun Cabbar oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti