...

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edildi

Hadisə Materials 8 İyun 2017 10:40 (UTC +04:00)
Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib.
Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edildi

Bakı. Trend:

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti