...

Bakıda beşmərtəbəli binada yanğın olub

Hadisə Materials 8 İyun 2017 19:43 (UTC +04:00)
Binanın birinci və ikinci mərtəbəsi yanıb.
Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın ümumi sahəsi 900 kvadratmetr olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 kvadratmetr sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 kvadratmetr olan mənzillərin yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti