...

Masallıdakı dəhşətli qətlin təfərrüatları

Hadisə Materials 10 İyun 2017 12:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Masallıda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Masallıdakı dəhşətli qətlin təfərrüatları

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Masallıda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, öz ata və anasını balta ilə qətlə yetirmiş Masallı rayon sakini Azər Ağayev və onun arvadı Bəstəgül Ağayeva tutulublar.

İyunun 9-da Masallı rayonunun Miyənkü kənd sakini A.Ağayev iyunun 5-də saat 4 radələrində atası Etibarın və anası Rəfiqənin evdən çıxmaları və geri qayıtmadıqları barədə RPŞ-yə müraciət edib.

Dərhal başlanan araşdırmalarla həmin vaxt A.Ağayevin yaşadığı Miyənkü kəndindəki evdə arvadı Bəstəgülün qaynatası Etibarı və qaynanası Rəfiqəni balta ilə qətlə yetirməsi, sonradan əri Azərlə birgə həyətdəki tövlədə basdırmaları müəyyən edilib. Etibarın və Rəfiqənin meyitləri eksqumasiya edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Ağayev və B.Ağayeva tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti