...

Batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edildi

Hadisə Materials 10 İyun 2017 16:43 (UTC +04:00)
Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.
Batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edildi

Bakı. Trend:

Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:32-də başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti