...

Bakıda mənzildə cəsəd tapılıb

Hadisə Materials 14 İyun 2017 00:21 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
Bakıda mənzildə cəsəd tapılıb

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1983-cü il təvəllüdlü Ünal Hüseyn Bostan oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:26-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti