...

Salyanda 4 otaqlı ev yanıb

Hadisə Materials 15 İyun 2017 00:24 (UTC +04:00)
Salyanda yanğın qeydə alınıb
Salyanda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Salyanda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Beştalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və yanar konstruksiyaları 57 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti