...

Türkiyədə ağır QƏZA - Təxminən 50 yaralı

Hadisə Materials 19 İyun 2017 08:48 (UTC +04:00)
Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb
Türkiyədə ağır QƏZA - Təxminən 50 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb. İlkin məlumata görə, qəza nəticəsində təxminən 48 adam yaralanıb.

Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.

Polisin verdiyi məlumatda qeyd edilir ki, yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti