...

Azərbaycan dövlət sərhədini pozan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 19 İyun 2017 14:42 (UTC +04:00)
Azərbaycan dövlət sərhədini pozan əcnəbilər saxlanılıb.
Azərbaycan dövlət sərhədini pozan şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

13.06.2017-ci il tarixdə saat 23:30 radələrində Yardımlı ra­yo­nunun Alar kənd ərazi­sin­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş Xalq Respublikası vətən­daş­ları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muham­mad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətən­daşı - 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanıl­ıblar.

Dövlət Sərhəd Xidməti Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, sərhəd pozucu­ları­nın dövlət sərhədindən keçiril­mə­sinə vasitəçilik edən Azərbaycan vətən­daşı Yar­dımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu ha­disə yerin­dən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sax­lanıl­ıb. İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" univer­sitetlərinin tələ­bə­ləri olması müəyyənləşdirilib.

Məlumatda həmçinin bildirilir ki, həmin tarixdə saat 23:50 radələrində Cəlilabad ra­yo­nunun Əsədli kənd ərazi­sin­­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də İrandan Azərbaycana dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticə­sin­də sərhəd pozucusunu qarşıla­maq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-cı il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıt­maq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keç­məsi müəyyənləş­dirilib.

Hər iki fakt üzrə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti