...

Avtomobil 9 yaşlı uşağı vurub öldürdü

Hadisə Materials 20 İyun 2017 12:06 (UTC +04:00)
Ucar rayonunda azyaşlını maşın vurub.
Avtomobil 9 yaşlı uşağı vurub öldürdü

Bakı. Trend:

Ucar rayonunda azyaşlını maşın vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 19-da saat 9 radələrində Ucar rayonunun Qəzyan kəndi ərazisində Lək kənd sakini Allahverdi Allahverdiyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Xəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Ucar rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti