...

Piyadanı vurub qaçan avtobus sürücüsünə 8 il həbs cəzası verildi

Hadisə Materials 21 İyun 2017 16:29 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Piyadanı vurub qaçan avtobus sürücüsünə 8 il həbs cəzası verildi

Bakı. Samir Əli -Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahqulu Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmnin hökmü ilə A.Əsədov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, A.Əsədov 2016-cı il yanvarın 28-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan "İkarus-256" markalı, 90-RS-434 dövlət qeydiyyat nişanlı avtobusla Badamdar şosesində hərəkətdə olarkən piyada İsrafil Xankişiyevi vuraraq üstündən keçib və yaralıya yardım göstərmədən hadisə yerini tərk edib. İ. Xankişiyev hadisə yerində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti