...

Paytaxtda mikroavtobus, Xaçmazda isə "MAN" yanıb

Hadisə Materials 22 İyun 2017 10:12 (UTC +04:00)
Ötən gecə paytaxtda “Mercedec” markalı mikroavtobus, Xaçmaz rayonunda isə “MAN” markalı yük avtomobili yanıb.
Paytaxtda mikroavtobus, Xaçmazda isə "MAN" yanıb

Bakı. Trend:

Ötən gecə paytaxtda “Mercedec” markalı mikroavtobus, Xaçmaz rayonunda isə “MAN” markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Mercedec” markalı mikroavtobusun salonunda idarəetmə lövhəsi yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun 4-cü kilometrliyində isə vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti