...

DİN Daşkəsəndə ana və 40 günlük körpənin qətli ilə bağlı məlumat yayıb

Hadisə Materials 22 İyun 2017 11:56 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Daşkəsəndə ana və 40 günlük körpəsinin qətli ilə bağlı məlumat yayıb.
DİN Daşkəsəndə ana və 40 günlük körpənin qətli ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsəndə ana və 40 günlük körpəsinin qətli ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti