...

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Hadisə Materials 23 İyun 2017 15:56 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Cahangirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Cahangirov bu il kredit adı ilə tanışı zərərçəkmiş şəxsdən 20 min manat pul alıb qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti