...

Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü

Hadisə Materials 24 İyun 2017 09:12 (UTC +04:00)
Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü

Bakı. Trend:

Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:45-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti