...

Paytaxtda avtomobil qaçıran iki yeniyetmə qəza törədib

Hadisə Materials 24 İyun 2017 12:08 (UTC +04:00)
Bakıda iki azyaşlı avtomobil qaçıraraq qəza törədib.
Paytaxtda avtomobil qaçıran iki yeniyetmə qəza törədib

Bakı. Trend:

Bakıda iki azyaşlı avtomobil qaçıraraq qəza törədib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti