...

Piyadanı vurub qaçan sürücü yaxalanıb

Hadisə Materials 24 İyun 2017 15:24 (UTC +04:00)
DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
Piyadanı vurub qaçan sürücü yaxalanıb

Bakı. Trend:

İyunun 22-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumat aidiyyatı üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb.

Dərhal hadisə yerinə gələn RPŞ əməkdaşları hadisə yerini müayinə edib, yaralının təcili xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə maşın müəyyən edilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan "Mercedes" markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.

Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən həmin maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes-Benz-Atego" markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb.

Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti