...

Beyləqanda yanğın olub

Hadisə Materials 27 İyun 2017 01:06 (UTC +04:00)
Tikilinin qalan hissəsi və yaxınlıqdakı taxıl sahəsi yanğından mühafizə olunub
Beyləqanda yanğın olub

Bakı. Trend:

Beyləqan rayonu, Əmirzeydli kəndində vətəndaşlara məxsus həyətyanı sahədə 0,4 ha biçilmiş taxıl sahəsi, ümumi sahəsi 18 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 7 m2 sahədə və yaxınlıqda olan 1 ədəd elektrik dirəyi qismən yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, tikilinin qalan hissəsi və yaxınlıqdakı taxıl sahəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti