...

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

Hadisə Materials 28 İyun 2017 03:27 (UTC +04:00)
ABŞ-da Texasın Dallasdakı universiteti bomba qoyulması barədə xəbər alındıqdan sonra təxliyə edilib
ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

Bakı. Trend:

ABŞ-da Texasın Dallasdakı universiteti bomba qoyulması barədə xəbər alındıqdan sonra təxliyə edilib.

Trend-in "Sputnik International"a istinadən verdiyi məlumata görə, bu barədə universitetin rəsmi "Twitter" səhifəsində xəbər verilib.

Məlumatda deyilir ki: "Bütün universitetin müəllimləri, işçiləri, tələbələri və ziyarətçiləri dərhal kampusun ərazisindəki binaları və qarajları tərk etməlidirlər. Bombanın qoyulması barədə məlumat alınıb və kampusun ərazisində təhlükəsizliyin təmin olması üçün hazırda universitet Dallas polis departamenti ilə işləyir".

Bir qədər sonra, Dallas polis departamenti məlumat yayıb ki, kampusa bomba qoyulması barədə daxil olan məlumat yanlış olub və təxliyə ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti