...

AVQUSTUN 14-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 15 Avqust 2005 17:05 (UTC +04:00)

Avqustun 14-də daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 25-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 4 fakt müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti