...

AVQUSTUN 16-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 17 Avqust 2005 18:11 (UTC +04:00)

Avqustun 16-da daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 24-nün üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 9 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti