...

AVQUSTUN 17-NƏ KRİMİNAL XRONİKA

Hadisə Materials 18 Avqust 2005 16:01 (UTC +04:00)

Avqustun 17-də daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alInıb.Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 16-nın üstü açIlıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 5 yanğın hadisəsi qeydə alInIb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri Əməliyyat-axtarş tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, Cinayət törətdiklərinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti