...

MARNEULİ RAYONUNDA AVTOBUSA EDİLƏN QULDUR BASQININDA BİR NƏFƏR HƏLAK OLUB

Hadisə Materials 24 Avqust 2005 14:09 (UTC +04:00)

(Praym-Nyus) - Ötən gecə Şərqi Gürcüstanın Kvemo Kartli regionundakı Marneuli rayonunun Tamarisi kəndi ərazisində Azərbaycandan gələn avtobusa olunan quldur basqını zamanı bir nəfər həlak olub.

Marneuli rayonunu polisinin məlumatına görə, həlak olan şəxs Gürcüstan vətəndaşı Mazamed Məmmədovdur. İki nəfər yaralanıb.

Avtobusa hücum edən avtomat silahlarla silahlanmış beş cinayətkar sərnişinlərdən 5 min lari pul alıblar.

Bundan sonra hücumçular avtobusa atəş açıblar.

Şahidlərin sözlərinə görə, hücum edənlər Mazamed Məmmədovu bilərəkdən öldürüblər.

Polisin məlumatına görə, hücumçular gürcü dilində danışırmışlar.

Cinayətkarların beşi də cinayət yerindən qaçıb gizlənməyə nail olublar.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti