Avqustun 23-də daxili işlər orqanrları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.
Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 35 nəfər həbs edilib.