...

AVTOMOBİL QƏZASINA DÜŞƏNLƏRDƏN 3-Ü ÖLÜMCÜL VƏZİYYƏTDƏDİR

Hadisə Materials 29 Avqust 2005 18:16 (UTC +04:00)

Avqustun 28-də saat 23 radələrində Qaradağ rayonu ərazitsində, Bakı-Astara yolunun Səngəçal qəsəbəsinə düşən hissəsində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanlardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Bu barədə Trend ə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının İntensiv Terapiya və Reanimasiya Şöbəsinni həkimi Emin Quliyev məlumat verib.

Həkimin sözlərinə görə, dünən axşam xəstəxananın reanimasiya şöbəsinə daxil olmuş 8 nəfər yaralıdan 3-ü bu gün səhər dünyasını dəyişib. Digər 5 nəfər yaralıdan isə 2-nin vəziyyəti artıq stabilləşməyə doğrudur. 3 yaralının isə vəziyyəti ağır olaraq qalır.

"Həmin yaralılar Hürü Vəliyeva, Sevda Novruzova və Nərmin adlı 4 yaşlı uşaqdır. Onların vəziyyətləri həddindən artıq ağırdır. Hər 3 yaralının başında cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda süni nəfəs aparatı altında saxlanılırlar" - deyə E.Quliyev bildirib. Həkimin sözlərinə görə, həmin xəstələrin həyata qaytarılması sual altındadır.

Xatırladaq ki, Səngəçal qəsəbəsində "Kamaz" markalı avtomaşınla "Qazel" markalı sərnişin daşıyan mikroavtobusun toqquşması nəticəsində baş vermiş hadisə yerində 12 nəfər dünyasını dəyişmişdi.

Xəbər lenti

Xəbər lenti