...

AVQUSTUN 30-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 31 Avqust 2005 15:17 (UTC +04:00)

Avqustun 30-da daxili işlər orqanrları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 8 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti