...

SENTYABRIN 28-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 29 Sentyabr 2005 13:29 (UTC +04:00)

Sentyabrın 28-də daxili işlər orqanları tərəfindən 39 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 29-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 21 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 16 nəfər yaralanıb. 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 52 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti