...

NMR CULFA RAYONUNDA ZƏLZƏLƏ QEYDƏ ALINIB

Hadisə Materials 29 Sentyabr 2005 15:29 (UTC +04:00)

Sentyabrın 29-da saat 11.02 radələrində Naxçıvan Muxtar Respublikasının (NMR) Culfa rayonunun Ləkətağ kəndi ərazisində zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji mərkəzində Trend ə bildirilib ki, 12 ballıq cədvəl üzrə 3,5 bal gücündə zəlzələ baş verib.

2,5 - 3,0 bal gücündə yeraltı təkanlar Culfa və Ordubad rayonlarının şimal kəndlərində hiss olunub.

Mərkəzin məlumatına əsasən, itki və dağıntı yoxdur.

Xəbər lenti

Xəbər lenti