...

OKTYABRIN 2-NƏ OLAN KRİMXRONİKA

Hadisə Materials 3 Oktyabr 2005 15:33 (UTC +04:00)

Oktyabrın 2-də daxili işlər orqanrları tərəfindən 12 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 3 nəfər ölüb, 16 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti