...

OKTYABRIN 6-NA OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 7 Oktyabr 2005 14:26 (UTC +04:00)

Sentyabrın 6-da daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər yaralanıb. 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti