...

OKTYABRIN 7-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 8 Oktyabr 2005 12:56 (UTC +04:00)

Oktyabrın 7-də daxili işlər orqanrları tərəfindən 22 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 7 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 36 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti