...

AZƏRBAYCANLI HƏKİM VƏ XİLASEDİCİLƏRDƏN İBARƏT QRUP PAKİSTANA GEDİR

Hadisə Materials 10 Oktyabr 2005 12:55 (UTC +04:00)

Oktyabrın 10-da axşam azərbaycanlı həkim və xilasedicilərdən ibarət qrup Pakistana yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Pakistandakı konsulu Daşqın Şikarov bildirib.

Missiyanın tərkibinə 25 xilasedici və 15-ə yaxın həkim daxildir. Onların Pakistana göndərilmələrinə dair qərar Pakistan hökumətinin Azərbaycana müraciətindən sonra qəbul edilib. Azərbaycan hökuməti $500 min maliyyə, 1,5 ton həcmində isə humanitar yardım göstərib.

D.Şikarov onu da vurğulayıb ki, Azərbaycan Pakistana maliyyə-humanitar yardım göstərən ilk ölkələr sırasına daxildir. Onun sözlərinə görə, bu, hər iki ölkə arasında səmimi münasibətlərin təzahürüdür.

Xəbər lenti

Xəbər lenti