...

GÜRCÜSTANDA AZƏRBAYCAN MİLLİYYƏTİNDƏN OLAN HƏRBÇİLƏR KÖNÜLLÜ OLARAQ HƏRBİ HİSSƏNİ TƏRK EDİB

Hadisə Materials 10 Oktyabr 2005 17:24 (UTC +04:00)

Axərbaycan milliyyətindən olan on hərbçi Kaxeti regionunun Dedopliskaro rayonunda yerləşmiş hərbi hissəni könüllü tərk edib.Bu barədə Trend "Praym-Nyus" agentliyinə istinadən bildirir.

Hazırda hərbçilər ombudsmanın ofisindədir və Xalq müdafiəçisi Sozar Subari ilə görüşmək istəyirlər. Ombudsman aparatında bildirilib ki, həmin idarənin əməkdaşları Azərbaycan televiziyasının jurnalistləri ilə birgə ofisə gəlib və artıq hərbçilərlə görüşüb.

Hərbçilər hərbi hissədən qaçmanın səbəbini hətta onlara yemək verilməməsini bəyan edərək dözülməz şəraitlə izah ediblər.

Bu məlumat Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətində də təsdiq olunub.Mətbuat xidmətinin rəhbəri Elxan Poluxov qeyd edib ki, səfirlik Dedopliskaro rayonundakı vəziyyəti diqqət mərkəzində saxlayır.

Xəbər lenti

Xəbər lenti