...

Oktyabrın 13-nə olan kriminal xronika

Hadisə Materials 14 Oktyabr 2005 13:15 (UTC +04:00)

Oktyabrın 13-də daxili işlər orqanları tərəfindən 24 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin cinayət faktlarının 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər yaralanıb. 5 yanğın hadisəsi baş verib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti