...

Oktyabrın 16-na olan kriminal xronika

Hadisə Materials 17 Oktyabr 2005 13:30 (UTC +04:00)

"Oktyabrın 16-da daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınıb". Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 5-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 3 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. 5 yanğın hadisəsi baş verib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 7 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti