Oktyabrın 18-də daxili işlər orqanrları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 16-nın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 3 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb. 3 yanğın hadisəsi baş verib.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 17 nəfər həbs edilib.