Oktyabrın 19-da daxili işlər orqanrları tərəfindən 18 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 16-nın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 5 nəfər yaralanıb. 1 yanğın hadisəsi baş verib.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.