...

Oktyabrın 23-nə olan kriminal xronika

Hadisə Materials 24 Oktyabr 2005 14:18 (UTC +04:00)

Oktyabrın 23-də daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 3 nəfər yaralanıb. 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 14 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti