...

Cari ilin 9 ayı ərzində 1903 yanğın hadisəsi baş verib

Hadisə Materials 24 Oktyabr 2005 15:31 (UTC +04:00)

Cari ilin 9 ayı ərzində Azərbaycan Respublikası ərazisində 1903 yanğın hadisəsi qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Yanğın Təhlükəsizliyi Baş İdarəsi mətbuat xidmətinin rəis müavini leytenant-polkovnik Yusif Mustafayev məlumat verib.

"Baş vermiş yanğınların ümumi sayı 1903, yanğınlar nəticəsində dəymiş zərərin ümumi miqdarı isə 5.687.557.543 manatdır" - deyə Y.Mustafayev bildirib.

Rəis müavini onu da qeyd edib ki, 9 ay ərzində yanğın nəticəsində ölənlərin sayı 17 nəfərdir. Y.Mustafayev: "Ötən ilin 12 ayı ərzində isə həlak olanların sayı 11 nəfər olub. Göründüyü kimi, cari ildə yanğın nəticəsində həlak olanların sayı çoxdur", - deyə qeyd edib.

Xəbər lenti

Xəbər lenti