...

Vertolyotda həlak olanların cəsədləri üzərində ekspertiza müayinəsi keçirilib

Hadisə Materials 24 Oktyabr 2005 18:33 (UTC +04:00)

Oktyabrın 22-də Göyçay rayonu ərazisində baş vermiş vertolyot qəzasında həlak olan 5 nəfər Rusiya vətəndaşının cəsədi üzərində ekspertiza müayinəsi keçirilib. Bu barədə Trend ə Göyçay rayon prokurorunun böyük köməkçisi Əhliman Bağırov məlumat verib.

Ə.Bağırov: "Meyitlərin daxili və xarici müayinəsi keçirilib. Müəyyən edilib ki, ölümə səbəb yanıq xəsarətləri olub. Ancaq bununla yanaşı zərbə nəticəsində yaranmış çoxsaylı daxili qapalı sınıqlar da qeydə alınıb".

Ə.Bağırov onu da bildirib ki, cəsədlər hazırda Göyçay rayon tibbi ekspertiza şöbəsində saxlanılır. Krasnodar şəhərindən isə hələlik ekspert qrupu gəlməyib. "Mərhumların cəsədləri yaxınlarına Rusiyanın ölkəmizdəki səfirliyinin xətti ilə qaytarılacaq. Bu isə yalnız ekspert qrupunun ölkəmizə gəlişindən sonra baş tutacaq" - deyə Əhliman Bağırov söyləyib.

Qeyd edək ki, faktla bağlı cinayət işi qaldırılıb və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Nadir Mirzəyevin icraatındadır.

Xəbər lenti

Xəbər lenti