...

Dövlətlərarası aviasiya komitəsi Komissiyası (DAK) Azərbaycanda Ka-32 vertolyotunun qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb

Hadisə Materials 24 Oktyabr 2005 20:09 (UTC +04:00)

(İTAR-TASS) - Dövlətlərarası aviasiya komitəsi Komissiyası (DAK) "Azərbaycan hava yolları" Dövlət konserni ilə birgə Azərbaycanda Rusiyanın Ka-32 vertolyotunun qəzaya uğraması ilə bağlı oktyabrın 24-də araşdırmaya başlayıb.

Trend bildirir ki, bu barədə DAK-da məlumat verilib.

"Komissiyanın tərkibinə Rusiyanın mülki aviasiya və aviasiya sənayesi nümayəndələri daxildir" -deyə komitədə bildirilib.

Vertolyot Trabzon-Gəncə-Türkmənbaşı-İslamabad marşrutu ilə reys həyata keçirirdi.Vertolyot BMT-nin Krasnodarda xalq təsərrüfatında aviasiyanın tətbiqi elm-istehsalat şirkəti tərəfindən Pakistandakı zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi üçün icarəyə götürülüb.Qəza oktyabrın 22-də Azərbaycanın Gəncə hava limanının 140 km-də baş verib.Şəxsi heyətin beş nəfər üzvü həlak olub.Onların meyiti müəyyənləşdirilib və iki gündən sonra Rusiyaya yola salınacaq. Hər iki "qara qutu" tapılıb və DAK ekspertlərinə təslim ediləcək.

Xəbər lenti

Xəbər lenti