...

Oktyabrın 24-nə olan kriminal xronika

Hadisə Materials 25 Oktyabr 2005 13:00 (UTC +04:00)

Oktyabrın 24-də daxili işlər orqanları tərəfindən 24 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 15 nəfər yaralanıb. 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti