...

Ötən həftə 67 yol qəzası qeydə alınıb

Hadisə Materials 25 Oktyabr 2005 18:06 (UTC +04:00)

Ötən həftə ərzində respublika ərazisində 67 yol qəzası qeydə alınıb. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polisinin təşviqat-təbliğat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Baş vermiş yol qəzalarının 36-sı Bakı şəhərində qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 36 nəfərsə yaralanıb. Respublika ərazisində baş vermiş yol hadisələri nəticəsində isə ümumilikdə 23 nəfər ölüb, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti