...

Oktyabrın 25-nə olan kriminal xronika

Hadisə Materials 26 Oktyabr 2005 13:07 (UTC +04:00)

Oktyabrın 25-də daxili işlər orqanları tərəfindən 11 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb. 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 20 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti