...

Oktyabrın 6-na olan krimxronika

Hadisə Materials 27 Oktyabr 2005 14:17 (UTC +04:00)

Oktyabrın 26-da daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 18 nəfər yaralanıb. 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti