...

Oktyabrın 27-nə olan kriminal xronika

Hadisə Materials 28 Oktyabr 2005 13:11 (UTC +04:00)

Oktyabrın 27-də daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 16-nın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 20 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb. 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 31 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti