...

Oktyabrın 28-nə olan krimxronika

Hadisə Materials 29 Oktyabr 2005 13:25 (UTC +04:00)

Oktyabrın 28-də daxili işlər orqanrları tərəfindən 9 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 9 nəfər isə yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti