...

77 yol qəzası nəticəsində 21 nəfər ölüb

Hadisə Materials 1 Noyabr 2005 12:50 (UTC +04:00)

Ötən həftə ərzində Azərbaycan ərazisində 77 yol qəzası baş verib. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdraəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Qəzalar nəticəsində 21 nəfər həlak olub, 105 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 47-si paytaxtın payına düşüb. Bakıda baş vermiş avtomobil qəzaları nəticəsində 6 nəfər ölüb, 50 nəfər isə yaralanıb. "Qəzalardan respublika üzrə 38-i, paytaxt üzrə isə 26-sı piyadalarla bağlıdır", deyə V.Əsədov bildirib.

Vaqif Əsədov onu da söyləyib ki, avtoqəzaların artmasına səbəb avtomobillərin artması ilə əlaqədardır. V.Əsədov: "Belə olan halda piyadalar da ehtiyatı möhkəm tutmalıdırlar. Lakin piyadalar arasında maarifləndirmə işləri aparılmasına, şoselərin kənarlarına müxtəlif istiqamətləndirici işarələr vurulmasına baxmayaraq çox zaman qəzaların yaranmasına səbəbkar yenə də piyadalar özləri olur".

Xəbər lenti

Xəbər lenti