...

Saxta diplom alveri ilə məşğul olan şəxs həbs edilib

Hadisə Materials 3 Noyabr 2005 13:52 (UTC +04:00)

Noyabrın 3-də saxta diplom alveri ilə məşğul olan Bakı şəhər sakini Telman Abdullayev yaxalanıb. Bu barədə Trend ə Yasamal rayon Polis İdarəsinin 29-cu böməsinin rəisi Elnur Vəliyev məlumat verib.

E.Vəliyev: "Bakı şəhər sakini İlqar Axundov ərizə ilə şöbəyə müraciət edərək Telman Abdullayev tərəfindən aldadıldığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, T.Abdullayev həmin şəxsə Dağıstan Respublikası Tibb Universitetinin diplomunu satıb. Ancaq sonradan diplomu alan şəxs başa düşüb ki, diplom saxtadır".

Rəis onu da bildirib ki, şikayətçi həmin saxta diploma görə T.Abdullayevə 1700 ABŞ dolları ödəyib. "Telman Abdullaeyev əməkdaşlarımız tərəfindən həbs edilib və istintaqa cəlb olunub" deyən rəis əlavə edib ki, tutulan şəxs dələduzluq və saxta sənəd tərtib etmə cinayətlərində ittiham olunur. Hazırda istintaq saxta sənədin hansı yolla hazırlanmasını araşıdırır.

Xəbər lenti

Xəbər lenti