...

Polisə soyuq silahla müqavimət göstərmiş Çeçenistan vətəndaşının şəxsiyyəti müəyyən edilib

Hadisə Materials 7 Noyabr 2005 14:01 (UTC +04:00)

Noyabrın 6-da Qusar rayonunun Əniq Oba kəndində süngü ilə polis əməkdaşlarına müqavimət göstərmiş Çeçenistan vətəndaşının şəxsiyyəti müəyyən edilib. Bu barədə Trend ə Xaçmaz rayon prokurorunun köməkçisi Əlibaba Şahverənov məlumat verib.

Ə.Şahverənov: "Həmin şəxs Çeçenistandan ölkəmizə qanunsuz yolla keçmiş Çeçenistan Respublikasının vətəndaşı Maqomed İsayeviç Asxabovdur. Özünü şübhəli aparan həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və Xaçmaş şəhəri istiqamətində qaçmağa başlayıb. Polislər tərəfindən mühasirəyə alınan Maqomed Asxabov onu əhatəyə alan polis əməkdaşlarını üstündə partladıcı qurğu olması ilə hədələyib".

Prokuror köməkçisinin sözlərinə görə, hədələrə baxmayaraq, əməliyyatçılar şübhəli şəxsi zərərsizləşdirməyə çalışıblar. Bu zaman M.Asxabov süngü ilə polis əməkdaşlarına müqavimət göstərib. Polis əməkdaşları dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra şübhəli şəxsə atəş açıblar. Nəticədə o, çiyin və ayaq nahiyələrindən yaralanıb.

"Maqomed Asxabovdan 3 ədəd bıçaq, Qusar və Xaçmaz rayonlarının sərhədboyu yaşayış məntəqələrinin xəritəsi, 2 ədəd kompas, kapron sap, iynə, çoxlu sayda dini yazılar və kitablar götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb və hazırda istintaqçılar onun ölkəmizə qanunsuz gəlişinin səbbələrini araşdırır" - deyə Əlibaba Şahverənov söyləyib.

Xəbər lenti

Xəbər lenti